Dövlət Suverenliyimizin bərpası tarixi Zəfərimizin zirvəsidir

Dövlət Suverenliyimizin bərpası tarixi Zəfərimizin zirvəsidir

Azerbaijan Realities

1 месяц назад

94 Просмотров

2020-ci il sentyabrın 27-də Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün başlatdığı “Dəmir yumruq” əməliyyatı 44 günlük müharibə ilə başa çatdı. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ancaq bu məğlubiyyət onlara dərs olmadı. Azərbaycanın Qarabağdan könüllü şəkildə çıxmaq üçün vaxt qoyduğu separatçılar və terrorçular nəinki bu humanist çağırışa məhəl qoymadılar, əksinə vaxtaşırı müxtəlif səpgili silahlı hücumlar edərək Azərbaycanın təhlükəsizliyini, dövlət suverenliyini pozmağa cəhdlər etdilər. 2023-cü il sentyabrın 19-u tarixi isə bardağı daşıran son damla oldu. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələ¬ri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxarıldı və tam şəkildə tərk-silah olundu. Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkil¬də həyata keçirildi.
Antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejim iflasa uğradı. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarında qanunsuz şəkildə lövbər salmış ermənilər diz çökdürüldü, separatçıların "liderləri" həbs olundular. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü təmin etdi. Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. 2024-cü il sentyabrın 19-da antiterror əməliyyatının birinci ildönümündə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror əməliyyatı Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin zirvəsi, Azərbaycanın gücünün nümayişi oldu. Suverenliyimiz əbədi olsun!

Тэги:

#suverenlik_gunu #Suverenlik_günü #Dövlət_Suverenliyimizin_bərpası_tarixi #44_günlük_müharibə #antiterror_emeliyyati #Qarabağ #Şuşa #laçın #Kelbecer #Xankendi
Ссылки и html тэги не поддерживаются


Комментарии: