İran Zəngəzur dəhlizinin açılmasına niyə mane olur?

İran Zəngəzur dəhlizinin açılmasına niyə mane olur?

Azerbaijan Realities

1 месяц назад

101 Просмотров

Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq bir layihədir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi vasitəsilə təmin edilməlidir. Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Türkiyə və Rusiyanın da bu məsələdə mövqeləri Azərbaycanla eynidir. Həm rəsmi Ankara, həm də Moskva başa düşür ki, Zəngəzur dəhlizinin açılması region üçün nəinki iqtisadi, həm də siyasi dividentlər vəd edir. Bu, həm də regional təhlükəsizlik üçün mühüm amildir.
Lakin cənub qonşumuz və din “qardaşımız” hesab olunan, illərdir Ermənistan üçün nəfəslik rolunu oynayan İran isə ilk gündən bu dəhlizin reallaşmasının əleyhinədir və Ermənistanı da öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı təşviq edir. 44 günlük Vətən müharibəsindən sonra İran rəsmiləri artıq bir neçə dəfədir açıq şəkildə bəyan ediblər ki, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir.
İran nəinki özü Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermir, həmçinin üçtərəfli bəyanatı imzalayan ölkələrdən biri olan Rusiyanın da prosesdə müsbət rol oynamasının qarşısını almağa çalışır. İran mediasında qeyd olunur ki, İslam Respublikası bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər. Rəsmi Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. İran bölgədə xarici aktorların mövcudluğunun artmasına həmişə çox həssas yanaşıb. Lakin Qərbin illərdir Ermənistanda sülh missiyası adı altında yerləşməsinə hələ də etirazını bildirməyib. Zəngəzur dəhlizinin açılması Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxışı deməkdir ki, bu da Ankaranın regionda iştirakını artırır. Rusiyanın buna şərait yaratması isə rəsmi Tehranda anlaşılmazlığa səbəb olur.
Zəngəzur dəhlizinin reallaşması bütün region dövlətlərinin, ən çox da aclıq və səfalət içində boğulan Ermənistanın xeyrinədir. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Ermənistanın hakim dairələrində bu reallığı dərk edənlər və etiraf edənlər var. Lakin İranın təzyiqi Ermənistanın mövqeyini açıq şəkildə ortaya qoymasına imkan vermir. Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi reallaşmalıdır. Bölgənin sabit inkişafı və gələcəyi çoxtərəfli əməkdaşlıqla mümkündür. Zəngəzur dəhlizinin açılması bu baxımdan əsas amildir.

Тэги:

#İran_Zəngəzur_dəhlizinin_açılmasına_niyə_mane_olur #Zəngəzur_dəhlizi
Ссылки и html тэги не поддерживаются


Комментарии: